Döyüş sursatlarının məhv edilməsi prosesi oktyabrın 14-dən 18-dək həyata keçiriləcək
Azərbaycan ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.
Müdafiə Nazirliyindən AYNA-ya bildirilib ki, döyüş sursatlarının məhv edilməsi prosesi 14.10.2024-cü il tarixində 18.10.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.
