Sexdəki yanğında xəsarət alanların vəziyyəti necədir?

Xəbərlər

19.01.2024 - 12:13

TƏBİB xəsarət alanların son vəziyyətini açıqlayıb

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A. Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir. AYNA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.

Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş