Seul Şimali Koreya ilə hərbi razılaşmanı dayandırır

Dünya

03.06.2024 - 11:47

Həkimlər Klinikalar SEO Xidməti

Müqavilə Seul və Pxenyan arasında etimad bərpa olunmayana qədər qüvvədə olmayacaq

Cənubi Koreya hökuməti Koreyalararası hərbi müqaviləni dayandırmaq qərarına gəlib. AYNA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, müqavilə Seul və Pxenyan arasında etimad bərpa olunmayana qədər qüvvədə olmayacaq.

Qeyd edək ki, bir gün əvvəl ABŞ, Yaponiya və Cənubi Koreya “Freedom Edge” adlı ilk üçtərəfli hərbi təlimlərin keçirilməsi barədə razılığa gəliblər. Pentaqon təsdiqləyib ki, üçtərəfli təlimlər uzunmüddətli plana uyğun olaraq sistemli əsasda aparılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş