Səudiyyə Ərəbistanına səyahət qadağası uzadılıb

Dünya

09.01.2021 - 04:28

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa qarşı bütün dünyada tədbirlər davam etdirilir

 

Səudiyyə Ərəbistanının sərhədləri koronavirusa görə martın 31-dək bağlı qalacaq.

 

AYNA “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama verib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti bir sıra ölkələrdə koronavirusun yeni mutasiyası aşkarlandığı üçün dekabrın 21-dən beynəlxalq hava limanlarını, habelə dəniz və qurudakı sərhəd keçid məntəqələrini bir həftəlik müddətə bağlamış, dekabrın 28-də isə müddəti daha bir həftə uzatmışdı.

 

İndiyədək ölkədə koronavirusa 363,5 min nəfər yoluxub, bunların 6 282 nəfəri dünyasını dəyişib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş