Bu sazişdə tərəflər ərəb ölkəsinə qarşı istənilən hücumu “sülh və təhlükəsizliyə” təhdid hesab edəcəklər
Səudiyyə Ərəbistanı və ABŞ noyabrda hərbi əməkdaşlıq sazişi bağlamağı planlaşdırır. Bu sazişdə tərəflər ərəb ölkəsinə qarşı istənilən hücumu “sülh və təhlükəsizliyə” təhdid hesab edəcəklər. AYNA.AZ xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) nəşri mənbələrə istinadən məlumat yayıb.
FT-nin məlumatına görə, saziş vəliəhd şahzadə Məhəmməd bin Salmanın gələn ay ABŞ-a səfəri zamanı bağlana bilər.
Sazişin "möhkəm" olacağı və geniş hərbi və kəşfiyyat əməkdaşlığını əhatə edəcəyi gözlənilir.
Ağ Evin yüksək rütbəli rəsmisi nəşrə deyib ki, “Şahzadənin səfəri zamanı hansısa sənədin imzalanması üçün danışıqlar gedir”, lakin “təfərrüatlar hələ yekunlaşdırılmayıb”.