Səudiyyə Ərəbistanı neft sektoruna xərclərini 40 milyard dollar azaldacaq

Dünya

16.08.2024 - 15:58

Həkimlər Klinikalar SEO Xidməti

Ər-Riyad 2030-cu ilə qədər investisiyaların təxminən 73 faizini neft hasilatı ilə bağlı olmayan iqtisadi sektorlara yönəltməyi planlaşdırır

Səudiyyə Ərəbistanı hakimiyyəti 2028-ci ilə qədər iqtisadiyyatın neft sektoruna xərcləri 40 milyard dollar azaltmaq, diqqəti bərpa olunan enerji və mədənçıxarmanın inkişafına yönəltmək niyyətindədir. AYNA “Bloomberg”ə istinadən bildirir ki, bu barədə Amerikanın “Goldman Sachs Group” bank qrupunun məlumatları bunu sübut edir.

Bildirilib ki, Ər-Riyad 2030-cu ilə qədər investisiyaların təxminən 73%-ni neft hasilatı ilə bağlı olmayan iqtisadi sektorlara yönəltməyi planlaşdırır. Nəticədə, cari onilliyin sonuna hakimiyyət orqanları tərəfindən strateji sənayelərin inkişafı üçün ayrılmış qalan vəsaitin yalnız dörddə biri neft sənayesinə yatırılacaq.

Beləliklə, krallıq metallurgiya, nəqliyyat sənayesi və logistikanın inkişafına, eləcə də rəqəmsallaşmaya üstünlük verərək iqtisadiyyatını şaxələndirmək niyyətindədir.

Eyni zamanda, “Goldman Sachs”ın analitiki Faysal əl-Azmehin sözlərinə görə, təbii qaz “ölkənin karbon qazı emissiyalarını azaltmaq planlarında və iqtisadi inkişafında əsas amil olmağa davam edəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş