ŞƏT ölkələri BMT-də islahatların aparılmasını təklif ediblər

Dünya

01.09.2025 - 19:35

İslahatlar aparılmalıdır ki, o müasir reallıqlara uyğunlaşdırılsın

Birləşmiş Millətlər Təşkilatında (BMT) islahatlar aparılmalıdır ki, o müasir reallıqlara uyğunlaşdırılsın. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin rəsmi saytında dərc olunan Tiencin Bəyannaməsində deyilir.

“ŞƏT-ə üzv dövlətlərin dövlət başçıları inkişaf etməkdə olan ölkələrin dünya təşkilatının rəhbər orqanlarında təmsil olunmasını təmin etmək məqsədilə düşünülmüş islahat aparmaqla BMT-nin müasir siyasi və iqtisadi reallıqlara uyğunlaşdırılmasını zəruri hesab edirlər”, - sənəddə qeyd olunub.

Bundan əlavə, ŞƏT ölkələri beynəlxalq hüquqa əsaslanan, habelə “mərkəzi əlaqələndirici rol” oynayan BMT-nin iştirakı ilə “demokratik, ədalətli və çoxqütblü” dünya nizamının tərəfdarı olduqlarını vurğulayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş