MSK sədri: “Biz səsvermə günü kimə lider namizəd demək olarsa, bununla əlaqədar ilkin nəticədə onları açıqlayacağıq”
“Səsvermə günü axşam ilkin nəticələri açıqlayacağıq”. AYNA xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuat konfransında deyib.
MSK sədri bildirib ki, ilkin nəticə rəsmi nəticə deyil: “Biz səsvermə günü kimə lider namizəd demək olarsa, bununla əlaqədar ilkin nəticədə onları açıqlayacağıq. Dairə seçki komissiyalarından protokollar 2 günə MSK-ya çatdırılacaq. 2 gün sonra biz Seçki Məcəlləsinin tələbinə görə protokollar əsasında ilkin nəticəni açıqlayacağıq. Bizə 20 gün maksimum müddət verilir. Sonra nəticəni Konstitusiya Məhkəməsinə göndərəcəyik.”