Sərxoş sürücü həbs edilib

Xəbərlər

09.10.2025 - 14:55

Məhkəmənin qərarı ilə Eyvaz Kərimov inzibati qaydada həbs olunub

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşları tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən və polisin qanuni tələbinə tabe olmayan "Volksvagen" markalı, 90-CC-534 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Eyvaz Kərimov saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü E.Kərimov inzibati qaydada həbs edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş