Sərt karantini pozduqlarına görə 4 nəfər həbs edilib

Xəbərlər

06.07.2020 - 12:15

cedabet dərman SEO Xidməti

Ümumilikdə ötən gün 2 min 294 nəfər cərimələnib

 

Koronavirusla mübarizə çərçivəsində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri tətbiq edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən xəbərə görə, iyulun 5-də həyata keçirilən nəzarət tədbirləri ilə respublika üzrə epidemiya əleyhinə rejimi pozan 11 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin 1-i barədə inzibati həbs, 10 nəfər barəsində isə inzibati cərimə tətbiq edilib.

 

Ümumilikdə ötən gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati qaydada həbs olunub, 2294 nəfər inzibati cərimələnib. Onlardan da 548 nəfəri tibbi maskadan istifadə etməyənlərdir.

 

DİN bir daha vətəndaşlara müraciət edərək Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət olunmasını tələb edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş