“Konteynerlər, yaxınlığında zibil qutuları olmayan binaların qarşısında qoyulacaq”
“Sərt karantin rejimində məişət tullantıları ilə bağlı yaranan problemləri nəzərə alaraq, konteynerlər quraşdırılacaq”. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.
“Konteynerlər, yaxınlığında zibil qutuları olmayan binaların qarşısında qoyulacaq. Qutular iki gündən sonra yığışdırılacaq”.
E.Həbibullayev Bakıda aparılan dezinfeksiya məsələlərindən də danışıb:
“Şəhərin dezinfeksiya olunmasına iki mindən çox insan cəlb olunur. BŞİH-in balansında 11 min 415 bina var, onların hər birinin giriş-çıxışlarında dezinfeksiya işləri aparılır. Dezinfeksiya edilən küçələrin sayı artırılıb. Qaradağ, Sabunçu, Pirallahı rayonunun əraziləri də bu siyahıya əlavə edilib”.