Heç bir yerə müraciət etməyə imkan yoxdursa, vətəndaşlar yenə də “108”-ə zəng edərək məlumat verə bilərlər
Vətəndaşlar sərt karantin rejimi vaxtı “103” xidməti ilə əlaqə saxlaya bilməsə, “108” nömrəsinə zəng edərək məlumat verə bilərlər. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində “ASAN xidmət"in rəhbəri Ülvi Mehdiyev deyib.
Mehdiyev bildirib ki, belə olan hallarda “108” xidməti müraciət edən şəxslər barəsində “103” xidmətinə məlumat verəcək və onlara tibbi xidmətin göstərilməsi üçün TƏBİB-ə məlumat ötürüləcək:
“Eyni zamanda xüsusi təxirəsalınmaz hallar yarana bilər ki, bu hallarda heç bir yerə müraciət etməyə imkan yoxdursa, vətəndaşlar yenə də “108”-ə zəng edərək məlumat verə bilər ki, onlara kömək göstərilsin”.