“Sərnişinlər səbrli olsunlar” - Prezidentin köməkçisindən<font color=red> ÇAĞIRIŞ</font>

Xəbərlər

03.07.2020 - 18:29

cedabet dərman SEO Xidməti

“Digər avtobusların gəlməsini gözləyə bilərlər”

 

“Bakıda metro ilə 170 minə yaxın sərnişin daşınırdı ki, bu sayın azalması üçün ekspress marşrutlar istifadəyə verilib”. AYNA bildirir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

 

Onun sözlərinə görə, metronun bağlanması əvvəlki dövrdə tətbiq edilib: “İnsanların zərurət olmadığı təqdirdə paytaxtın bir rayonundan digərinə getmələrinin qarşısını almaq üçün nəzarət gücləndirildi. Odur ki, bu gün metronun yenidən bağlanmasının ciddi problem yaratmayacağını düşünürük. Avtobuslarda sıxlığın yaranmaması üçün sərnişinlər səbrli olsunlar. Digər avtobusların gəlməsini gözləyə bilərlər. Burada elə də problem yoxdur. Bu ümumdünya problemidir. Çalışaq ki, bunun öhdəsindən gələk”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş