“Serbiyada vətəndaş müharibəsi ilə bağlı bəyanatlar mənasız deyil”

Dünya

25.08.2025 - 11:22

Rusiyalı diplomat: “Vuçiçi dəstəkləyənlərlə hökumətə qarşı çıxanlar arasında qarşıdurma var”

“Serbiyanın vətəndaş müharibəsi astanasında olması ilə bağlı bəyanatlar mənasız deyil”. AYNA.AZ xəbər verir ki, bu sözləri “RİA Novosti”yə Rusiyanın Belqraddakı səfiri Aleksandr Botsan-Xarçenko deyib.

Onun sözlərinə görə, ölkədə “fərqlənmə, cəmiyyətin parçalanması” hissi var.

Diplomat qeyd edib ki, Serbiya Prezidenti Aleksandr Vuçiçi dəstəkləyənlərlə hökumətə qarşı çıxanlar arasında qarşıdurma var: “Əlbəttə ki, bu, qarşıdurmadır, qarşıdurmanın kəskinləşməsi halı var... Prinsipcə, bu, vətəndaş müharibəsi olmasa da, daha geniş vətəndaş qarşıdurmasına aparan yoldur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş