Mitinq iştirakçıları meydana “NATO-faşistlərə ölüm!”, “İmperializmə ölüm” şüarları yazılmış bayraqlarla gəliblər
Serbiyada NATO-nun Yuqoslaviyaya müdaxiləsinin başlanmasının ildönümündə Alyansa qarşı kütləvi aksiya başlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, etiraz aksiyası Belqradın mərkəzində keçirilib.
Etirazçılar Milli Muzeyin binası qarşısına toplaşıblar.
Mitinq iştirakçıları meydana “NATO-faşistlərə ölüm!”, “İmperializmə ölüm” şüarları yazılmış bayraqlarla gəliblər.
Qeyd edək ki, 1999-cu ildə Kosovo Azadlıq Ordusunun alban separatçıları ilə Serbiyanın təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma fonunda NATO qüvvələri Yuqoslaviya Federativ Respublikasını bombardman edib. NATO BMT Təhlükəsizlik Şurası ilə razılaşdırılmayan hərəkətlərini Yuqoslaviya hakimiyyətinin Kosovo muxtariyyətində etnik təmizləmə aparması ilə izah edib.