“48 saat ərzində İrana hücum və bəzi digər böyük hadisələrin baş verməsini gözləyirəm"
"ABŞ yaxın 48 saat ərzində İrana zərbə endirə bilər". AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
"Pink” TV-də çıxışı zamanı deyib ki, İrana hücum qaçılmazdır.
"Mən yaxın 48 saat ərzində İrana hücum və bəzi digər böyük hadisələrin baş verməsini gözləyirəm", - deyə Vuçiç vurğulayıb.