Bakıda həbs olunan “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx Rusiyaya yola salınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XON) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, İqor Kartavıx artıq sərbəst buraxılıb və Rusiyaya yola salınıb.
Xatırladaq ki, Kartavıx bu ilin yayında Bakıda həbs edilmiş, oktyabr ayında isə ev dustaqlığına buraxılmışdı.