Tankerin 14 ekipaj üzvü saxlanılaraq İranın hüquq-mühafizə orqanlarına təhvil verilib
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İran donanması (Dəniz Donanması) qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan tankeri ələ keçirib.
AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandiri, general Heydər Henariyan Meqrad məlumat verib.
Meqrad 2 milyon litr qaçaq yanacaq daşıyan gəminin Okeaniya dövlətlərindən birinin bayrağı altında üzdüyünü və yanacaq doldurulduğu andan kəşfiyyat nəzarəti altında olduğunu bildirib.
Qeyd edib ki, İran Hərbi Dəniz Qüvvələrinin əməliyyat zonasına daxil olan kimi mühafizəçilər ələ keçiriblər.
Tankerin 14 ekipaj üzvü saxlanılaraq İranın hüquq-mühafizə orqanlarına təhvil verilib.