Saxlanılanlar arasında Tehranın elektrik şəbəkəsi infrastrukturunu sabotaj etmək niyyətində olan dörd nəfərlik qrupun üzvləri də var
Müharibənin başlanğıcından bəri İranda ABŞ və İsrailə casusluq ittihamı ilə 103 nəfər saxlanılıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatı məlumat yayıb.
Saxlanılanlar arasında Tehranın elektrik şəbəkəsi infrastrukturunu sabotaj etmək niyyətində olan dörd nəfərlik qrupun üzvləri də var.
Bildirilib ki, küçələrdə sabitliyi pozmağa cəhd etdiklərinə görə daha dörd monarxiya tərəfdarı da saxlanılıb.
Həbs olunanlar arasında nəzarət məntəqələrinə hücumlar planlaşdıran beş silahlı şəxs var.
Qalan 90 nəfər mühüm obyektlərin koordinatlarını və potensial hücum hədəflərinin görüntülərini müxalifət mediasına ötürməkdə ittiham olunur.
Məlumatda deyilir: "16 “Starlink” cihazının sahiblərinə və kiber məhdudiyyətləri aşmaq üçün alətlər satan 400 şəxsə qarşı da müvafiq tədbirlər görülüb".