Şentopla Qafarova telefonda danışdı

Xəbərlər

27.09.2020 - 18:12

Türkiyə və Azərbaycan parlament sədrləri cəbhədəki vəziyyəti müzakirə ediblər

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.

 

AYNA xəbər verir ki, danışıqlar zamanı Ermənistanın Azərbaycana təcavüzü müzakirə edilib. Şentop Türkiyənin “tək millət, iki dövlət” şüarına əsasən Azərbaycana hər cür dəstək verəcəyini qeyd edib.

Müəllif: Ayna.az