Şəntopla Qafarova arasında telefon danışığı olub

Xəbərlər

29.05.2020 - 20:01

cedabet dərman SEO Xidməti

TBMM Sədri deputatlarımızı və Azərbaycan xalqını təbrik edib

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şəntop Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovaya telefonla zəng edib.

 

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən xəbərə görə, M.Şəntop həm öz adından, həm də TBMM üzvləri adınan Azərbaycan Respublikasının Milli Məclisin Sədri Sahibə Qafarovanı və onun simasında millət vəkillərini və bütün Azərbaycan xalqını 28 May Respublika Günü münasibəti ilə təbrik edib.

 

S.Qafarova təbrikə görə minnətdarlığını bildirib və bu bayramın bir millət iki dövlət olan Azərbaycan və Türkiyənin ortaq bayramı olduğunu qeyd edərək türkiyəli həmkarına da öz təbriklərini çatdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş