Seneqal Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Xəbərlər

30.05.2024 - 20:36

Bassiru Diomaye Faye: "Sizə və dost Azərbaycan xalqına firavanlıq və davamlı inkişaf arzulayıram"

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Faye Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AYNA xəbər verir ki, təbrikdə deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Sizə və dost Azərbaycan xalqına firavanlıq və davamlı inkişaf arzulayıram.

Bu fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Sizinlə işləməyə hazır olduğumu və Zati-alinizə yüksək ehtiramımı bildirirəm".

Müəllif: Ayna.az