Senatordan həyəcan təbili: “Husilərin hücumları amerikalıların ölümünə səbəb olacaq”

Dünya

22.12.2023 - 12:21

cedabet dərman SEO Xidməti

“Zərbələr iki ay əvvəl İsrail istiqamətində Qırmızı dənizdən keçən gəmilərimizə ilk müdaxilədən sonra baş verməli idi”

Arkanzasdan olan respublikaçı senator Tom Kotton ABŞ vətəndaşlarının üzləşdiyi yeni təhlükədən danışıb. AYNA-nın xəbərinə görə, senator “Fox News”a bildirib ki, husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları ilə bağlı vəziyyət gec-tez amerikalılar üçün ölümlə nəticələnəcək və ölkə iqtisadiyyatına ziyan vuracaq.

Onun fikrincə, ABŞ-ın “atəş gücü” bu problemi həll edə bilər. “Bu zərbələr iki ay əvvəl İsrail istiqamətində Qırmızı dənizdən keçən gəmilərimizə ilk müdaxilədən sonra baş verməli idi”.

Senator əlavə edib ki, fəaliyyətsizlik ucbatından belə hadisələr daha tez-tez baş verir. O qeyd edib ki, eyni vəziyyəti İraq və Suriyada Amerika hərbçilərinə qarşı hücumlar nümunəsində də görmək olar.

Bundan əvvəl “The Times” qəzeti Pentaqondakı mənbələrə istinadən xəbər verib ki, Birləşmiş Ştatlar son həftələrdə Qırmızı dənizdə son onilliklərdə ən böyük “atəş gücü” yerləşdirib. Nəşrin həmsöhbətləri bildiriblər ki, Vaşinqton husilərin pilotsuz təyyarələr və qanadlı raketlərdən istifadə etməklə, demək olar ki, gündəlik hücumlarını ABŞ-ın hərbi reaksiyasını təhrik etmək cəhdi kimi qiymətləndirir. Bundan əlavə, qeyd edilir ki, son iki həftə ərzində ABŞ husilərin Yaxın Şərqdəki digər oyunçuları təxribata çəkmək cəhdlərinin qarşısını almaq və regionda böhranın daha da genişlənməsinin qarşısını almaq üçün on milyonlarla dollar xərcləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş