ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının gücləndirilməsi, regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək
ABŞ-ın Montana ştatının senatoru Stiv Deyns Azərbaycana səfər edib. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, senator səfər çərçivəsində Bakıda Azərbaycan Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək.
Bundan əlavə, Stiv Deyns Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşəcək.
Görüşlərdə ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının gücləndirilməsi, regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.