"Bu, əhəmiyyətli bir rəqəmdir, amma biz yaxşı vəziyyətdəyik, məqsədlərimizə çatırıq"
“ABŞ İrana qarşı əməliyyata gündə təxminən 900 milyon dollar xərcləyir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ABŞ sonatoru Con Tunen deyib.
O məlumatları təsdiqləyərək jurnalistlərə bildirib ki, "bu, əhəmiyyətli bir rəqəmdir, amma düşünürəm ki, biz yaxşı vəziyyətdəyik. Məqsədlərimizə çatırıq".
"Bu, yerinə yetirilməli olan vacib bir missiyadır və ümid edirəm ki, tezliklə başa çatacaq", - deyə qeyd edib.