Hadisə nəticəsin bir nəfər ölüb, bir nəfər xəsarət alıb
Şəmkirdə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Hyundai Elantra" markalı minik avtomobili idarəetmədən çıxıb, yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb. Həkimlərin səylərinə baxmayaraq ağır xəsarət alan 1985-ci il təvəllüdlü R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.
Digər xəsarət alan 2001-ci il təvəllüdlü K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.