Şəmkirdə maskalı şəxs quldurluq edib

Xəbərlər

23.10.2025 - 14:42

Ev sahibinə xəsarət yetirərək pulunu ələ keçirib

Şəmkirdə maskalanmış şəxs tərəfindən törədilən quldurluq cinayəti açılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qeyd olunub ki, Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən evlərdən birinə maskalanmış formada daxil olan naməlum şəxs ev sahibinə küt alətlə xəsarət yetirərək pul vəsaitini ələ keçirib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən qeyri-aşkar şəraitdə törədilən cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş