Şəmkirdə birmərtəbəli ev yanıb

Hadisə

11.03.2022 - 01:57

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Şəmkir rayonunun Qapanlı kəndində birmərtəbəli evdə yanğın baş verib.

AYNA Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ümumi sahəsi 169 kvadratmetr olan evin mətbəxinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 15 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş