Avtomobilin sürücüsü zərərçəkənlərin qonşuları olub
Şəmkirdə avtomobil azyaşlını vuraraq öldürüb. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Daşbulaq kəndində qeydə alınıb.
Belə ki, iki yaşlı Ü.V. yaşadığı evin önündən anidən yola qaçıb. Bu zaman hərəkətdə olan "KİA" markalı minik avtomobili onu vurub. Azyaşlı ağır halda xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub.
Qeyd edək ki, avtomobilin sürücüsü zərərçəkənlərin qonşuları olub.
Faktla bağlı araşdırma aparılır.