Deputatlarımız Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər
Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən məlumata görə, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlardan Nizami Səfərov, Kəmaləddin Qafarov, Hikmət Məmmədov, Elşən Musayev, Sahib Alıyev, Anar Məmmədov və Tural Gəncəliyev oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Tiflis şəhərinə səfər edəcəklər.
Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərinin hazırlıq səviyyəsi ilə maraqlanacaq, seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.
Deputatların səfəri oktyabrın 27-də başa çatacaq.