Şəkidə yardımçı tikilidə yanğın olub

Hadisə

01.02.2026 - 13:59

Yanğın yaxınlıqdakı tikililərə keçmədən söndürülüb

Şəkidə yanğın olub. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadən bildirir ki, hadisə Səhiyyə Nazirliyinin balansında olan və hazırda fəaliyyət göstərməyən Ruhi Əsəb Xəstəlikləri Dispanserinin ərazisində baş verib.

Dispanserin yardımçı tikilisində baş verən yanğın zamanı daxildə olan məişət tullantıları yanıb. Yanğınsındürənlərin səyi nəticəsində alovun genişlənərək yaxınlıqdakı tikililərə keçəməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı müvafiq orqan tərəfindən araşdırma başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş