Bakıda yataqxanada yanğın: <font color=red> 7 nəfər tüstüdən zəhərlənib</font>

Hadisə

01.12.2019 - 13:50

Yanğın nəticəsində yataqxanada 2 otaq yanıb 

 

Bu gün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Qulyiev küçəsində yerləşən beşmərtəbəli yataqxanada yanğın olub.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, saat 12:30 radələrində başlayan yanğının qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.

 

Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 5-ci mərtəbəsində başlayıb. Nəticədə 2 otaq yanıb. Tüstüdən boğulmaq təhlükəsi ilə üzləşən biri 15 günlük körpə olmaqla, 4 nəfər binanın damından Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikasından istifadə edilməklə xilas edilib.

 

Ümumilikdə, yanğın zamanı 7 nəfər tüstüdən zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib.

Müəllif: Ayna.az