Xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
Şəkidə yol nəqliyyat hadisəsi zamanı piyada vurulub. AYNA-nın APA-ya istinadən məlumatına görə, Şəki-Oğuz şosesində baş verib.
Şəki şəhər sakini, 1982-ci il təvəllüdlü Murad Oktay oğlu Məmmədovu "VAZ 21099" markalı minik avtomobili vurub.
Hadisə zamanı müxtəlif dərəcəli xəsarətləri alan M. Məmmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.