Səhiyyə Nazirliyi valideynlərə çağırış edib

Xəbərlər

15.09.2021 - 16:14

“Hər gün səhər və axşam uşağın şikayətləri araşdırılmalıdır

“Pandemiya dövründə tədrisin təşkilinə dair Nazirlər Kabinetinin qaydaları var. Bu qaydalara əsasən məktəblərdə tədris bərpa edilir”.

AYNA xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bu dövrdə valideynlər uşaqlarla izahedici söhbətlər aparmalıdır: “Hər gün səhər və axşam uşağın şikayətləri araşdırılmalıdır. Xəstəlik əlamətləri olan uşaqları məktəbə buraxmaq olmaz”.

Müəllif: Ayna.az