Səhiyyə Nazirliyi təcili yardım həkimləri axtarır

Xəbərlər

31.08.2021 - 15:02

Həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar

 

Koronavirus (COVID-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar, həkim-infeksionistlər və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar. AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə [email protected] elektron ünvanına müraciət etməlidirlər.

 

Tələb olunan sənədlər:

 

Ərizə (əlaqə nömrəsi qeyd olunmalıdır)

 

Şəxsiyyət vəsiqəsi

 

Diplom

 

İnternatura vəsiqəsi

 

Sertifikat

 

Əmək kitabçası

Müəllif: Ayna.az