“Səhiyyə maliyyələşdirməsinin azaldılması uşaq ölümünün artmasına səbəb olacaq”

Dünya

04.12.2025 - 18:47

"Son 25 ildir ki, maliyyələşdirməni artırırıq, amma indi onu azaldırıq və təəccüblü deyil ki, bu, daha çox ölümə səbəb olur"

“ABŞ və digər ölkələr tərəfindən beynəlxalq səhiyyə proqramlarının maliyyələşdirilməsinin azaldılması bu ilin əvvəlində uşaq ölümünün artmasına səbəb olacaq”. AYNA.AZ xəbər verir ki, bu sözləri “Bill & Melinda Gates” fondunun həmtəsisçisi və “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts deyib.

Milyarder “Politico”ya verdiyi müsahibədə bildirib: "Son 25 ildir ki, maliyyələşdirməni artırırıq, amma indi onu azaldırıq və təəccüblü deyil ki, bu, daha çox ölümə səbəb olur".

O əlavə edib ki, Fond 2000-ci ildə təsis edildiyindən bəri onun qeyri-kommersiya təşkilatı uşaq ölümünün azaldılmasına əhəmiyyətli töhfə verib və qlobal ölüm nisbətini yarıya endirib. Lakin bu irəliləyiş indi səhiyyə proqramlarına maliyyələşdirmənin azaldılması ilə aradan qaldırıla bilər ki, bu da yenidən uşaq ölümlərinin artmasına səbəb olacaq. Xüsusilə, maliyyələşdirmənin olmaması uşaqları peyvəndlərə çıxışdan məhrum edir.

Qeyts Fondunun illik hesabatına görə, səhiyyə xidmətlərinə məhdud çıxış səbəbindən bu il 4,8 milyon uşaq beş yaşına çatmamış ölə bilər ki, bu da ötən illə müqayisədə 200 min çoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş