Şəhidlərimizdən birinin kimliyi bilindi

Xəbərlər

12.07.2020 - 21:45

Şəhidlərdən biri gizir, 1987-ci il təvəllüdlü Vüqar Lətif oğlu Sadıqovdur

 

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib. Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.

 

Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb. Sosial şəbəkələrdə şəhidlərdən birinin ad-soyadı açıqlanıb. Bu, Ağstafa rayonu Yuxarı Göycəli kəndindən olan gizir, 1987-ci il təvəllüdlü Vüqar Lətif oğlu Sadıqovdur. Məlumatı şəhidin qohumları da sosial şəbəkələrdə təsdiqləyiblər.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az