Şəhid Toğrul Xudiyevin xatirəsi anılıb

Xəbərlər

31.12.2021 - 14:07

Həkimlər Klinikalar SEO Xidməti

Toğrul 21 il ömür sürsə də, ən müqəddəs arzusuna qovuşub

Beyləqanda Vətən müharibəsi şəhidi Toğrul Xudiyevin xatirəsi anılıb. Anım mərasimində şəhidin ailəsi ilə bərabər, icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, kənd sakinləri və məktəblilər iştirak ediblər.

AYNA xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər 44 günlük Zəfər yürüşündən və qazanılan şanlı Qələbədən söhbət açıblar. Sonra məktəblilər tərəfindən Vətənə və qəhrəmanlara həsr edilən şeirlər səsləndirilib.

Daha sonra şəhidin məzarı ziyarət olunub.

Şəhid anası Könül Səmədova oğlu haqqında danışarkən bildirib ki, Toğrul azyaşlı vaxtlarında idmana və hərbiyə maraq göstərib. Həqiqi hərbi xidmətdə kəşfiyyatçı olub. Sonra müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib. Hər zaman “Vətən sağ olsun” deyərək, xidmətini layiqincə aparıb.

Şəhidin atası Habil Xudiyev qeyd edib ki, hələ uşaqkən ürəyi Vətən sevgisi ilə coşub-daşan Toğrul qısa və qaynar həyat yolu ilə əsl qəhrəmana çevrilib. Müddətdən artıq xidməti dövründə bir sıra xüsusi təlimlərdən uğurla keçib. Xüsusi təyinatlıların tərkibində xidmətini davam etdirən Toğrul Vətən müharibəsində ilk döyüşə atılanlar sırasında yer alıb. 21 il ömür sürsə də, ən müqəddəs arzusuna qovuşub. Vətənin azadlığı uğrunda canından keçməklə qəlbləri fəth edib. Toğrul Zəfər yürüşünün son günlərinədək döyüşüb və Şuşa döyüşlərində də şücaəti ilə seçilib.

Döyüşlər başlayan gündən ön cəbhədə döyüşən Toğrul və Həbib qardaşları şücaətləri ilə seçiliblər. Müxtəlif istiqamətlərdə tapşırıqlarda iştirak edən qardaşların yolu isə Şuşada, Daşaltıda qovuşub. Şəhidin qardaşı Həbib Xudiyev bildirib ki, Toğrul əməliyyatlar zamanı bir neçə dəfə yaralansa da, döyüşlərə davam edib. Noyabr ayının 3-də yaralanan Həbib qardaşından uzaq düşüb. Hospitalda olarkən, noyabrın 7-də isə qardaşı Toğrulun ağır yaralandığı xəbərini alıb. Toğrul da hospitala yerləşdirilib və 10 gün komada qalıb, noyabrın 17-də isə şəhidlik zirvəsinə ucalıb.

Toğrul Xudiyev ölümündən sonra “Vətən uğrunda”, “Şücaətə görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş