Şəhid Səbuhi Soltanov dəfn edilib

Xəbərlər

24.05.2024 - 17:23

cedabet dərman SEO Xidməti

Birinci Qarabağ müharibəsinin şəhidi Göyçayda torpağa tapşırılıb

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Soltanov Səbuhi Sabir oğlunun meyitinin qalıqları Göyçay rayonuna gətirilib. O, Gəncə şəhərində Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.

AYNA xəbər verir ki, şəhidin nəşi ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi rayondakı Şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub.

Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.

Qeyd edək ki, Soltanov Səbuhi Sabir oğlu 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüş sayılırdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş