Qan rəngində idi həmin damcılar
Pəncərəni silirdim. Gülləri də yudum, pəncərədən çölə qoydum. Gül qabının birindəki torpaq Şuşadan gələn torpaqdır. Abim gətirmişdi fevralda. Mən istəmişdim.
Həmin qabı götürmək istəyəndə əlimdən çıxdı, torpaq pəncərənin qarşısına dağıldı. Tökülən torpağı qaba yığdım. Əlim torpaq olmuşdu. Getdim hamama, əlimi yudum. 10-15 dəqiqə sonra hamama getdim yenidən. Paltar qabını götürürdüm. Gözlərimə inana bilmədim. Torpağın damcıları qalmışdı moydadırın içərisində. Qan rəngində idi həmin damcılar. Elə təsirləndim ki...
Bir müddət özümə gələ bilmədim. Şəhid qanıdırmı? Hansı Şəhidin qanıdır? Yoxsa Şuşanın hər zərrə torpağı öz sinəsində Şəhid qanımı saxlayır? -deyə saysız-hesabsız suallar dolandı başımda. Dağları başı dumanlı Şuşanın torpağı Şəhid qanlıdır!
Səbinə Yusif