Şəhid hərbçimizin nəşi tapılıb

Xəbərlər

27.04.2021 - 15:33

Şəhidin bu gün Cəlilabad rayonunun Mollalı kəndində dəfn olunacağı bildirilir

 

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşmüş hərbi qulluqçusunun şəhid olduğu məlum olub.

 

AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, müddətdən artıq hərbi xidmət edən (MAXE) hərbi qulluqçu Ələkbər Əlövsət oğlu Musayevin nəşi tapılıb.

 

Şəhidin bu gün Cəlilabad rayonunun Mollalı kəndində dəfn olunacağı bildirilir.

Müəllif: Ayna.az