Şəhid generalın dəfn ediləcəyi yer açıqlanıb

Xəbərlər

14.07.2020 - 15:51

Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda dəfn ediləcək

 

Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov sabah torpağa tapşırılacaq. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda dəfn ediləcək.

 

Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

Müəllif: Ayna.az