Şəhid Elçin Nadirovun xatirəsi anılıb

Cəmiyyət

17.10.2021 - 22:59

Həkimlər Klinikalar SEO Xidməti

Şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb

Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, baş çavuş Elçin Nadirovun şəhadətə yüksəlməsinin bir ili tamam olur.

Şəhidin ildönümü ilə əlaqədar keçirilən mərasimdə Daxili İşlər Nazirliyinin təmsilçiləri, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, əvvəlcə Elçin Nadirovun Şəkidə Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub, üzərinə çiçəklər düzülüb və ruhuna dualar oxunub. Anım mərasimində onun şərəfli ömür yolundan, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdəki şücaətindən bəhs edilib. Şəhidlərimizin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Qeyd edək ki, Elçin Nadirov Vətən müharibəsində Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş