Şəhərlərarası və rayonlararası avtobuslar həftəsonları işləyəcək

Xəbərlər

31.05.2021 - 12:18

Nuridə Allahyarova: “Hərarəti olan sərnişinlər tibb məntəqəsinə göndəriləcək”

 

Azərbaycanda şəhərlərarası və rayonlararası sərnişin daşımaları həftəsonları da xidmət göstərəcək. AYNA xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

 

Onun sözlərinə görə, elə uzaq məsafələrdən gələn avtobuslar var ki, həm də bazar ertəsi yola çıxmalıdırlar: “Əgər onlar cümə günü yola düşüblərsə, sürücünün istirahəti təmin olunduqdan sonra geri qayıtmalıdırlar və bu zaman geri qayıdarkən sərnişinlə geri qayıtmaq aidiyyatı qurumlar tərəfindən məqbul görülüb".

 

“Həftəsonları da şəhər və rayonlararası sərnişin daşıyan avtobuslarda sərnişinlərin hərarəti ölçüləcək, hərarəti olan sərnişinlər tibb məntəqəsinə göndəriləcək”, - Allahyarova deyib.

Müəllif: Ayna.az