“Trampın ətrafı ilə əlaqə yaratmaq Kanada hakimiyyəti üçün çox mühüm addımdır”
“Ottava indi ABŞ-ın keçmiş Prezidenti Donald Trampın prezident seçiləcəyi təqdirdə onunla işləməyə hazır olması üçün onun ətrafı ilə əlaqələr qurmağa başlamalıdır”. AYNA xəbər verir ki, bu sözləri Kanadanın ABŞ-dakı səfiri Kirsten Hillman CBC telekanalında bildirib.
Diplomatın sözlərinə görə, Trampın ətrafı ilə əlaqə yaratmaq Kanada hakimiyyəti üçün çox mühüm addımdır.
Səfir qeyd edib ki, prezident seçkiləri ilində Ottava Vaşinqtonla ikitərəfli münasibətlərdə Kanadanı ən yaxşı şəkildə təmsil etmək üçün Amerikanın yeni administrasiyası ilə işləməyə həmişə hazır olmalıdır.
Qeyd edək ki, ABŞ-da yeni prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Donald Tramp və Co Bayden ölkəyə rəhbərlik etməyə əsas namizədlər hesab edilir.