“Səfərbər olmasaq, əzizlərimiz ölməyə davam edəcək” – <font color=red> PA rəsmisi</font>

Cəmiyyət

03.07.2020 - 18:53

Həkimlər Klinikalar SEO Xidməti

Şahmar Mövsümov: “Bu problemin öhdəsindən gəlmək üçün birlikdə qaydalara əməl etməliyik”

 

Rayonlara getmək, Bakıdan çıxmaq düzgün deyil. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

 

Adminstrasiya rəsmisi qeyd edib ki, koronavirusdan ölən insanlara görə, bəlkə də, karantin qaydalarını pozan şəxslər də hardasa günahkardırlar.

 

“Biz pandemiya dövründə, koronavirusla mübarizədə səfərbər olmalıyıq. Səfərbər olmasaq, əzizlərimiz ölməyə davam edəcək. İnsanların bunu başa düşməsi bu qədər çətin olmamalıdır. Mən bütün vətəndaşlarımızdan xahiş edirəm, bir az səbirli olsunlar. Bu, qlobal, ümumi bir problemdir. Bu problemin öhdəsindən gəlmək üçün birlikdə qaydalara əməl etməliyik. Şəhərdən çıxmağa çalışmaq lazım deyil. Bu, yoluxma sayını artırmaqdan başqa heç nəyə xidmət etməyəcək. Diqqətli olaq, birlikdə olaq”. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş