“Sədərək”də axunda etiraz edən şəxs həbs olunub

Xəbərlər

15.11.2021 - 12:04

Qaradağ Rayon Məhkəməsi 15 sutkalıq inzibati həbs qərarı verib

 “Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edən Aydın Nağıyev həbs edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Qaradağ Rayon Məhkəməsinin qərarı ilə A.Nağıyev 15 sutka inzibati qaydada həbs olunub.

Qeyd edək ki, A.Nağıyev noyabrın 12-də “Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edib. O bildirib ki, bu zaman ticarət mərkəzinin mühafizəçiləri tərəfindən döyülüb.

A.Nağıyev hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş