Sarkozi həbsxana yeməyindən qorxur: yalnız qatıqla qidalanır

Dünya

07.11.2025 - 11:59

Fransanın sabiq Prezidenti kamerasına gətirilən heç bir yeməyə toxunmur

Parisin Sante həbsxanasında saxlanılan Fransanın keçmiş Prezidenti Nikola Sarkozi həbsxana yeməyi yeməkdən imtina edib və yalnız qatıqla qidalanır. AYNA.AZ xəbər verir ki, bu barədə “Le Point” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Bir çox kamera yoldaşının düşmənçiliyinin fərqində olan Sarkozi kamerasına gətirilən heç bir yeməyə toxunmur, yeməklərdən imtina edir", məlumatda qeyd olunub.

Qəzetin məlumatına görə, Fransanın keçmiş lideri kiminsə onun yeməyinə tüpürə biləcəyindən və ya daha betərindən qorxur.

Mənbələr bildirib ki, 21 oktyabrda həbs olunduğu gündən bəri Sarkozi yalnız qatıqla qidalanır. Bundan əlavə, keçmiş Prezident yemək bişirmək bacarığı olmadığı üçün özü yemək hazırlamaqdan imtina edir.

Mənbələrdən biri jurnalistlərə bildirib ki, Sarkozi hətta yumurta qaynatmağı belə bacarmır.

21 oktyabrda Nikola Sarkozi Paris həbsxanasına gətirilib və orada 2007-ci ildə Liviya hökuməti tərəfindən seçki kampaniyasını qanunsuz maliyyələşdirdiyinə görə beş illik həbs cəzası çəkəcək. Siyasətçi həbsdən əvvəl verdiyi son açıqlamada qeyd edib ki, "onlar keçmiş prezidenti deyil, günahsız bir insanı dəmir barmaqlıqlar arxasına atırlar".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş