Deputatlığa namizəd və kənd sakini saxlanılıb
Ermənistanda daha bir seçki qalmaqalı yaşanır. Bu barədə AYNA “RİA Novosti”yə istinadən məlumat yayıb.
Bildirilir ki, ölkənin keçmiş Prezidenti Serj Sarkisyan blokundan parlamentə namizədliyini irəli sürmüş Armavir şəhərinin keçmiş meri Ruben Xlqatyan məhkəmə qərarı ilə həbs olunub.
Belə ki, deputatlığa namizəd iyunun 10-da adı açıqlanmayan Canfid kənd sakininə 9 milyon dram (17.3 min dollar) verərkən saxlanılıb. Bu vəsaitin kənd sakinlərinin səsləri müqabilində rüşvət kimi paylanması nəzərdə tutulub.
Qeyd edək ki, cinayət işi açılıb və Xlqatyanla yanaşı, pulu alan kənd sakini də saxlanılıb.