Yanğınsöndürənlər avtobusda baş vermiş yanğını qısa müddətdə söndürüblər
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şosesinin Abşeron rayonunun Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər avtobusda baş vermiş yanğını qısa müddətdə söndürüblər.
Xəsarət alan yoxdur.